BLOQ

Xroniki iltihabı asanlıqla izləyə bilən cihaz

Bu barədə xarici KİV yazır

Xroniki iltihabı asanlıqla izləyə bilən cihaz
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Alimlər tərəfindən hazırlanan, xəstəliyin diaqnozunu asanlıqla təyin edən və məlumatları həkimlərə göndərmək qabiliyyətində olan yeni daşınan cihaz sayəsində tezliklə xroniki iltihabla yaşamaq daha asan olacaq.

    Tamamilə yeni olan bu daşınan cihaz xroniki iltihabdan əziyyət çəkən insanlar üçün əsl xilaskar ola bilər. Bu cihaz naqilsiz, müdaxiləsiz sensordur, insan tərini iltihab əlamətlərinə görə analiz edə bilir. “New Atlas” yazır ki, bu üsul xroniki xəstəliklər üzərində nəzarəti daha sadə və effektli edə bilər.

    İltihab bir çox ciddi xəstəliklərdə rol oynayır. O, bütün dünyada ölüm hallarının üç əsas səbəbi olan ürək xəstəliklərində, insultda və ağciyərlərin xroniki obstruktiv xəstəliklərində iştirak edir. İltihab heç də həmişə pis hesab olunmur, infeksiyaya qarşı müdafiə mexanizminin bir hissəsidir və sağalmanı tezləşdirməyə kömək edir. Lakin iltihab xroniki olduqda, o, toxumaların daha ciddi zədələnməsi ilə nəticələnə bilər. Bu səbəbdən də onun erkən mərhələdə aşkarlanması müalicə üçün həlledici əhəmiyyət kəsb edir.

    Adətən iltihab C-reaktiv zülal adlandırılan zülalın qanda miqdarının ölçülməsi yolu ilə aşkarlanır. Lakin bundan ötrü mürəkkəb laboratoriya avadanlığı və nümunənin analizi üçün təcrübəli heyət tələb olunur. Bu zaman yeni cihaz köməyə gəlir. Kaliforniya Texnologiya İnstitutundan olan alimlərin ərsəyə gətirdikləri bu daşınan cihaz tərdə C-reaktiv zülalın miqdarını yoxlayır, prosesi daha sadə, sürətli və əlçatan edir. Bu innovasiyalı cihazı yaratmaq o qədər də asan olmayıb. Ona görə ki, C-reaktiv zülalı digər biomarkerlərə nisbətən aşkarlamaq daha çətindir. O, qanda daha az miqdarda olur, onun böyük sayda olması tərdə aşkarlanmasını çətinləşdirir. Lakin komanda bu çətinliklərin öhdəsindən gəlməyi bacarıb.

    Komanda cihazı sağlam insanlar, ağciyərlərin xroniki obstruktiv xəstəliyi olan pasiyentlər və COVID-19-a yoluxub sağalan insanlar üzərində testini aparıb. Gözlənildiyi kimi, C-reaktiv zülalının miqdarı sağlam insanlarda ağciyərlərin xroniki obstruktiv xəstəliyi olan pasiyentlər və koronavirusa yoluxub sağalan xəstələrlə müqayisədə əhəmiyyətli şəkildə yüksək olub. Tədqiqat nümayiş etdirib ki, cihaz rahat, müdaxiləsiz və naqilsiz üsulla iltihabı izləməyə qadirdir. Bütün bu məlumatlar smartfon üçün xüsusi tətbiqdə real zaman rejimində asanlıqla əks olunur.

    Tədqiqatçılar ümid edirlər ki, bu platforma digər əsas biomarkerlərin test olunması üçün də uyğunlaşdırıla bilər.