BLOQ

Yalançı və həqiqi fəcr

İmsaka durduğunuz zamanı xatırlayın

Yalançı və həqiqi fəcr
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Fəcrdə ağ sap qara sapdan ayırılana qədər yeyin-için. (Bəqərə.187)

    İndi isə lüğətdə fəcrin hansı zamana deyildiyinə nəzər salaq.

    Fəcr - lüğətdə yarılmaq mənasına deyilir. Ərəb dilində inficar ( انفجار) partlayış mənasını verir. Çünk bir şey yarılaraq başqa bir şey onun içindən çıxıb. Dan yerinin sökülməsinə də ona görə fəcr deyilir ki, sanki səma yarılır və günəş onun içindən çıxır.

    Quranda da bu mənada bir neçə yerdə işlənmişdir.

    İndi imsaka durduğunuz zamanı xatırlayın. Zülmət qaranlıq! Fəcrdən əsər əlamət varmı? Xeyr yoxdur.

    Qədim zamanlarda insanlar bizdən fərqli olaraq dan yeri sökülənə qədər yeyib-içərdilər. Lakin XX əsrin əvvəlində Əhməd Muxtat paşa (1839-1919) təqvimdə dəyişiklik etdi və imsak vaxtınl əsl vaxtından təxminən 1.20 (bir saat 20 dəqiqə) geri çəkdi. Bu da astronomik hesablama ilə günəşin üfüqdə  -18 dərəcədə yer alması deməkdir ki, adi gözlə bunu müşahidə etmək olmur. Və buna da şəri termin olaraq fəcri kazib (yalançı fəcr) deyilir. Günəş üfüqdə  -9 dərəcədə yer aldıqda isə fəcri sadiq (həqiqi fəcr) baş verir ki, bunu adi gözlə görmək olur və Quranın da xəbər verdiyi budur.

    Ona görə özünüzə zəhmət verib 1.30 saat tez durmayın. Fəcrə yarım saat qalmışda da durub nəsə yeyə bilərsiniz.

    Tərtib edilən cədvəllər görə düz olmaya bilər. Amma Qurana görə düz olacaq.