Yaponiyada son 50 ilin ən güclü meşə yanğını baş verib
Bu barədə Yaponiyanın "Jiji Press" agentliyi məlumat yayıb

Yaponiyanın şimal-şərqində 12 gündən bəri davam edən güclü meşə yanğını 200-dən çox binanı məhv edib və təxminən 2900 hektar ərazini yandırıb.
Bu barədə Yaponiyanın "Jiji Press" agentliyi məlumat yayıb. Bildirilib ki, İvate prefekturasının Ofunato şəhərindəki 979 evdən 2424 nəfərin təxliyəsi ilə bağlı göstərişlər bazar ertəsi günü ləğv edilib. Fevralın 26-da başlayan yanğın nəticəsində Ofunato şəhərinin 9 faizi yanıb. Zərər çəkmiş strukturların sayının artacağı gözlənilir.
Hökumətin iclasında yanğının “ifrat dərəcədə şiddətli fəlakət” kimi təsnif ediləcəyi və yerli bərpa, yenidənqurma işləri üçün mərkəzi hökumətin subsidiyalarının artırılacağı bildirilib.