XƏBƏRLƏR / Təbiət

Yaponiyadakı zəlzələdə ölən və yaralananlar var

Baş nazir Fumio Kişidanın rəhbərliyi ilə fövqəladə komissiya yaradılıb

Yaponiyadakı zəlzələdə ölən və yaralananlar var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yaponiyada mayın 5-də baş verən 6,5 bal gücündə zəlzələ nəticəsində bir nəfər ölüb, 21 nəfər müxtəlif dərəcədə xəsarət alıb.

    Yaponiya Meteorologiya Agentliyi xəbər verir ki, zəlzələ yerli vaxtla 14:42-də (Bakı vaxtı ilə 8:42) İşikava prefekturasının Noto şəhərində qeydə alınıb. Zəlzələ ocağı yer səthindən 12 kilometr dərinlikdə olub. Bəzi binalara ziyan dəyib. Naqano və Kanazava şəhərləri arasında sürətli qatar səfərləri dayandırılıb.

    Agentlik sunami təhlükəsinin olmadığını bəyan etsə də, afterşokların olacağı istisna edilmir. Baş nazir Fumio Kişidanın rəhbərliyi ilə fövqəladə komissiya yaradılıb.

    Yeraltı təkanlar qonşu Toyama, Niiqata və Fukuy prefekturalarında da hiss olunub.