Yaş - arzuların həyata keçirilməsi üçün ödəniləcək qiymətdir

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin ad günüdür

  • Oxuma müddəti:

    1 dəqiqə

  • YAŞ, ARZULARIN HƏYATA KEÇİRİLMƏSİ ÜÇÜN ÖDƏNİLƏCƏK YÜKSƏK QİYMƏTDİR
    Sevdiyim alman şair-dramaturqu Yohann Volfqanq Höte deyirdi ki, insan həyatının hər 10 ilinin öz tale istiqamətləri, öz ümidləri, öz istəkləri olur. İlham Əliyev Azərbaycan Prezidenti olan gündən artıq iki onillik keçib. Gəlin baxaq görək onun tale istiqamətləri, ümidləri və istəkləri dəyişibmi?

    İlham Əliyevin Prezidentliyinin ilk illərindəki çıxışını Sizə təqdim edirəm. Özünüz baxın!

    Mən isə öz növbəmdə Azərbaycanın Prezidenti və Ali Baş Komandanı İlham Əliyevi ad günü münasibəti ilə ANS-çilər və ailəmiz adından təbrik edirəm! Allah Azərbaycanın bundan sonra da çiçəklənməsi istiqamətində görəcək işlərində ona güc, sağlamlıq və ailə xoşbəxtliyi nəsib etsin!