BLOQ

Rusiya-Ermənistan münasibətlərinə baxış

Lavrovun Ermənistana səfəri fonunda...

Rusiya-Ermənistan münasibətlərinə baxış
  • Oxuma müddəti:

    5 dəqiqə

  • Rusiya və Ermənistan arasında müzakirə mövzusu olacaq bir çox məsələlər var. Burada Moskva üçün mühüm olan qarşılıqlı münasibətlərin səviyyəsini təsdiqləməkdir. Bu səviyyəni və Rusiyanın mümkün narahatlıqlarını nəzərdən keçirək:

    Hərbi-siyasi sahə

    Rusiya ilə Ermənistan hərbi-siyasi müttəfiqlərdir və Ermənistan ərazisində Rusiya hərbi bazası yerləşir. Ermənistanın İran və Türkiyə ilə sərhədlərində məhdud şəkildə olsa da, hələ də Rusiya sərhədçiləri var. Ermənistanda birgə Hava Hücumundan Müdafiə Sistemi fəaliyyət göstərir. Ermənistan hökuməti hərbi baza məsələsini gündəmə gətirmir, bu mövzu ilə bağlı bütün iddialar yarımçıq qalır.

    Amma sərhədçilərlə bağlı Ermənistanın bu ilin sonuna qədər İran və Türkiyə ilə sərhədlərdə Rusiyanın mövcudluğunu daha da məhdudlaşdırmaq planları var. ABŞ və Ermənistanın Strateji Tərəfdaşlıq Bəyannaməsində ABŞ-ın Ermənistan sərhədçilərinin hazırlanmasına dəstəyi qeyd olunub. Sabiq dövlət katibi Blinken ABŞ-dan olan sərhədçilər qrupunun Ermənistana səfərini anons etmişdi. Lakin bu, hələ də baş tutmayıb.

    Hava Hücumundan Müdafiə Sistemi məsələsində də vəziyyət eynidir. Ermənistan Hindistandan HHM sistemləri almağa çalışır. Həmçinin, Fransa və Böyük Britaniya da bu mövzuya qoşulub. Lakin hazırda Rusiyanı bu sahədə əvəz etmək alınmır. Sözügedən mövzuda Rusiya mübarizə aparacaq, çünki bu, strateji əhəmiyyətə malikdir.

    KTMT

    Ermənistan KTMT-nin fəaliyyətində iştirak etmir, amma hələ də hərbi-siyasi bloku tərk etməyib. Rusiya, ümumiyyətlə, vəziyyətdən razıdır və bu mövzuya Ukraynadakı müharibənin bitməsindən sonra qayıda bilər. M
    oskva üçün vacib olan Ermənistanın KTMT-dən çıxsa belə, NATO-ya daxil olmamasıdır. Bu kontekstdə, Ermənistanın neytral statusu mövzusu aktuallaşa bilər.

    İqtisadi sahə

    Ermənistan Avrasiya İqtisadi Birliyi (AİB) və Gömrük İttifaqının üzvüdür. Bu sahədə Rusiyanın əli güclüdür.
    Ticarət artmaqdadır, Rusiyanın strateji aktivlərinə (qaz və enerji paylayıcı şəbəkələr, nüvə elektrik stansiyaları, dəmir yolu və s.) toxunulmayıb. ABŞ ilə olan Bəyannamədə ayrıca Ermənistanın enerji sahəsində ABŞ ilə əməkdaşlığı qeyd edilib. Bu yaxınlarda ABŞ nüvə energetikası şirkətinin rəhbərləri Ermənistanı ziyarət ediblər. Hazırda İrəvan bu sahədə münasibətləri şaxələndirməyə çalışır. Nüvə enerjisi məsələsi potensial olaraq Prezident Tramp üçün də maraqlı bir mövzu ola bilər. Lakin hələ ki, konkret qərarlar yoxdur. Qeyd edək ki, Ermənistan üzrə "kurator" təyin olunan Rusiya PA rəhbərinin birinci müavini Kiriyenko da uzun illər məhz “RosAtom”un rəhbəri olub.

    Lavrovun Ermənistana səfəri Aİ-nin ali komissarı Kallasın səfərindən əvvəl baş tutub. Ermənistanda və Brüsseldə səfər üçün hazırlıqlar gedir, masada Ermənistan və Aİ arasında ticarət əlaqələrini genişləndirəcək yeni CEPA+ mətni var. Bu, Rusiya üçün vacibdir, çünki sazişə AİB ilə ticarət qaydalarına hələ tabe olmayan, amma potensial siyahıda olan məqamlar daxil edilə bilər.

    Əlbəttə ki, Lavrov
    Azərbaycan və Türkiyə ilə əlaqələrin bərpası ilə də maraqlanacaq. Rusiya üçtərəfli hökumətlərarası komissiyanın üzvüdür. Ermənistan komissiyanın işini gözardı edir, amma hələ də onu tərk etməyib. Rusiya üçün Ermənistan ərazisində bu prosesdə iştirak etmək vacibdir.

    Yekun

    Rusiya ilə ABŞ arasındakı münasibətlər sabitləşir və Ermənistanla bağlı rəqabət artıq aktual deyil.

    Aİ ilə rəqabət isə yalnız artacaq, Kreml Ermənistanda Aİ-yə təslim olmaq niyyətində deyil. Rusiyanın Ermənistandakı fəaliyyəti uzun müddətə hesablanıb, çünki Moskva burada strateji aktivlərə və daxili siyasətə təsir imkanlarına malikdir. 2026-cı ildə keçiriləcək parlament seçkiləri Ermənistana hibrid təsir göstərmək üçün fürsət yaradacaq. Paşinyan tərəfindən aparılan şaxələndirmə Rusiya üçün yalnız inhisara və strateji aktivlərə malik olduğu sahələrdə narahatlıq doğurur. Bu çərçivədə, Rusiyanın maraq göstərdiyi əsas mövzulardan biri Ermənistan-Türkiyə normallaşması və sərhədlərin açılmasıdır.


    Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi