BLOQ

Endirilən dindən uydurulan dinə

Əksəriyyət təşkil edən Quransız kütlə bu gün də nağıllarla idarə olunur

Endirilən dindən uydurulan dinə
  • Oxuma müddəti:

    4 dəqiqə

  • İstər dindar, istər dinsiz, başında beyin adlı orqan gəzdirən hər kəsə havadan-sudan sonra lazım olan məntiqdir. Yəni, düzgün düşünmə və səhv düşüncədən qoruyan təfəkkür.

    Məsələn, hər bir insan hansısa xəstəlik barədə bütün həkimlərin yekdil rəyi olmasını istər. Çünki belə olduqda TİBBə tam arxayın olub güvənə biləcək. Amma həkimlərdən hər biri "Mənə görə", "Mənim qənaətimə görə belədir" desə, onda xəstənin içində həm həkimlərə, həm də tibbə qarşı şübhə yaranacaq. O, məcbur olub yenə də ona müraciət edəcək. Amma tam arxayınlıqla deyil, şübhə ilə. Və belə olduqda, təbii ki, onlar yalnız doğru qərar verən həkimin müalicəsi ilə sağalacaq.

    * Belə bir yanaşmaya deyilir məntiq, yəni sağlam düşüncə. İNDİ, GƏLƏK, MƏNƏVİ HƏYATIMIZLA ƏLAQƏLİ OLAN DİNƏ.

    Din alimləri yaranmış məzhəblərarası, məzhəblərdaxili ixtilafları görüb "ictihad" adlı üsul yaradırlar. Gəlin, tarixə nəzər salaq.

    Peyğəmbərin zamanına gedək. Peyğəmbərin öz səhabələrinə belə bir tövsiyəsini axtaraq: "Məndən sonra din alimlərinizə müraciət edin, onlar fərqli fikirlər söyləsələr belə, onlara tabe olun" müraciəti varmı? Xeyr, yoxdur. Bəs olan nədir? “Mən sizə özümdən sonra Quranı və onu hamıdan yaxşı bilə Əhli beytimi qoyub gedirəm”. Əhli beyt kimdir? Əhli beyt ev sakinləri deməkdir. Öz sağlığında sağ olan və din barədə söz deyə biləcək təbii ki, ailə üzvləri olmalı idi. Əlbəttə, əgər onlar kifayət qədər savadlı olublarsa. Və tarix göstərir ki, bunların arasında ən savadlıları həyat yoldaşı Aişə, qızı Fatimə və onun həyat yoldaşı Əli olub. Çünki öz sağlığında Peyğəmbərimiz Əlini də ev əhli beyt elan etmişdi. Bəs din alimləri nə edirlər?

    1. Məzhəbindən asılı olmayaraq verilən hökmlərin əksəriyyəti ya Quranda yoxdur;
    2. Ya Qurana ziddir;
    3. Ya Quran və əhli beytə deyil, ondan 150-200 il sonra yaşamış, bəzən kimliyi məlum olmayan ərəbə, farsa istinad edir və bunun da adını ictihad qoyurlar. Bir halda ki, Peyğəmbər "Mən ancaq vəhyə tabeyəm" deyir, Allah "Yalnız vəhyə tabe olun" əmri edir.

    Bəs nə üçün fərqlilik yarandı?

    Peyğəmbərdən sonra fərqli məzhəblərin nümayəndələri hakimiyyəti ələ keçirir. İstər inanc, istər iqtisadi, istər digər sahələrdə insanlar Quranın tələbinə uyğun deyil, onların istəklərinə uyğun idarə olmalı idilər. Bunun üçün onlara görə ən doğru addım insanları Qurandan ayırıb məscidlərə doldurmaq,  başlarını saatlarla ibadətlə məşğul etmək və xürafi çıxışlarla onlarda təzə saxta din yaratmaq olur. Buna da nail olurlar. Fərqli  və Qurana zidd fətvalar verilir. Amma uzun zaman insanlar sual verə bilmir. Niyə? Çünki:

    1. Ya Quran oxumur;
    2. Ya öz dilində olmadığından oxuya bilmir;
    3. Ya oxusa da başa düşə bilmir;
    4. Oxuyub başa düşsə də, sual verə bilmirdi.

    Çünki ağaların fətvasına qarşı çıxmaq başın bədəndən ayrılmasına bərabər idi.

    Amma indi:

    1. Quran oxunur;
    2. Oxunur, başa düşülür. Çünki tərcümə olunub.
    3. Oxunur, başa düşülüb suallar verilir.

    Amma indi, şükür Allaha, suallara görə başımız bədənimizdən ayrılmır. Sadəcə, üzərimizə lənətlər yağdırılır, “vəhhabi”, ya “əhli beyt düşməni” damğası vurulur....

    Əksəriyyət təşkil edən həmin Quransız kütlə bu gün də nağıllarla idarə olunur. Amma  hansı "məntiqlə"?

    1. Quran sirlə doludur (YALAN) -"Onun ayələri açıq-aşkar, hər şeyi bəyan edəndir".
    2. Quranın bəzi ayələrini yalnız imamlar başa düşər (YALAN) - "Biz onu siz başa düşəsəniz deyə, asanlaşdırdıq".
    3. Quranın bəzi ayələrini axirətdə başa düşəcəyik (YALAN) - "Biz onu bu dünyada hidayət olasız deyə, nazil etdik".
    4. Quranın bəzi ayələri imamzaman gələndə bilinəcək, özü ilə aparıb, gələndə izah edəcək (YALAN) - "Bu gün dininizi tamamladıq".
    5. Sənin vəzifən təqlid etməkdir. Lap səhv etsən belə, cavabdeh deyilsən (YALAN) - "Hər kəs öz əməlinə görə sorğuludur. Onların əməlləri onlara, sizin əməlləriniz sizə görədir".

    *Düşünün, ey ağıl sahibləri!

       "Quran…