XƏBƏRLƏR / İctimaiyyət

Yaşar Nurinin qızı vəfat edib

O, ürək çatışmazlığından dünyasını dəyişib

Yaşar Nurinin qızı vəfat edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülviyyə Yaşarqızı vəfat edib.

    O, gecə saatlarında ürək çatışmazlığından, 47 yaşında dünyasını dəyişib.

    Ü.Yaşarqızının bir övladı yadigar qalıb.

    Qeyd edək ki, Xalq artisti Yaşar Nuri 2012-ci ilin noyabrında 61 yaşında vəfat edib.

    Y.Nuri iki qız atası idi. Ülviyyə onun böyük qızı olub. Ülviyyə bir neçə il əvvəl avtomobil qəzasında həyat yoldaşını itirmişdi

    Digər qızı Ülkər müğənniliklə məşğul olur.