XƏBƏRLƏR / Qonşular

Yaxın vaxtlarda Ermənistanın Türkiyə ilə sərhədi açılaq?

Bu barədə Ermənistan XİN rəhbəri Ararat Mirzoyan bəyan edib

Yaxın vaxtlarda Ermənistanın Türkiyə ilə sərhədi açılaq?
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yaxın vaxtlarda Türkiyə ilə sərhədin xüsusi qrup üçün açıla biləcəyini bildirib.

    O, bu barədə Ermənistan parlamentində büdcə müzakirələri zamanı deyib.

    “Yaxın gələcəkdə Ermənistan-Türkiyə sərhədinin hələlik xüsusi qrup – üçüncü ölkələrin vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün açılması ilə bağlı xoş xəbər bizi gözləyir", – Mirzoyan əlavə edib.