BLOQ

Yəcuc və Məcuc barədə

Bu barədə kifayət qədər hədis var

Yəcuc və Məcuc barədə
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Yəcuc və Məcuc barədə Quranın bir necə ayəsində keçir. Bəziləri belə güman edirlər ki, axirəzzamana yaxın bir dəstə çıxıb yer üzündə fəsad törədəcək. Hətta onların monqollarda və ya başqa millətlərdən olacağı da ehtimal verilir. Bu barədə kifayət qədər hədis nəql olsa da, hamılıqla saxta və əsassızdır. 

    Amma sözün kökü mahiyyətindən xəbər verir.

    * Ərəb dilinin qramatik qanunlarına əsasən, isimdən feil düzələrsə, o feili (işi) kim yerinə yetirərsə (icra edərsə), o adla adlandırılır. Məsələn: h-m -d (حمد) hərflərindən alınan (həmd-öymək) sözü. Bu kökdən alınan adlara diqqət edək. Hamid-Həmid-Mahmud və... ki, bunlar öyən, öyülən, öyülmüş mənalarını verir.

    İndi gəlin Yəcuc və Məcuc sözlərinə. Sözün kökü ərəb dilində (əccə-əcəcə) -(اج-اجج) dir ki, bu da pislik etmək, yer üzündə fəsad törətmək mənalarını verir. 

    Demək, yəcuc və məcuc eyni kökdən yaranan söz olaraq fəsad törədən mənasını verir. Bu mənadan yola çıxaraq bütün dövrlərdə yer üzündə fəsad törədən hər şəxs və ya şəxslər yəcuc və məcucdurlar.