BLOQ

Yoldaş Klaarı bu qədər qəzəbləndirən nədir?!

O, Azərbaycan mediasına informasiyanı necə təqdim etməyi diktə edir

Yoldaş Klaarı bu qədər qəzəbləndirən nədir?!
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Yoldaş Klaar artıq Azərbaycan mediasına informasiyanı necə təqdim etməyi diktə edir.

    Bəs yoldaş Klaarı bu qədər qəzəbləndirən nədir?!

    O, postunda Azərbaycan mətbuatından yazıb ki, Ermənistanın baş naziri Azərbaycanın həftənin sonunda müharibəyə başlaya biləcəyini dedikdən sonra müharibə həftənin sonunda başlamasa da, verilən müddət başa çatıb. Bəs, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın baş nazirini yalançı kimi ifşa etməməlidir?! Məsələ bu idi!!!

    İndi isə yoldaş Klaara bir sual!

    Ey, Rusiya sülhməramlılarının gömrük skaneri ilə təmin olunmasının pərəstişkarı, yoldaş Klaar, sərhədin müəyyən edilməsi prosesi kontekstində müharibə haqqında ilk danışan kimdir?!

    “Müharibə” anlayışını ilk dilə gətirən Ermənistanın baş naziri olub və bunu Azərbaycanı ləkələmək kontekstində edib!

    O zaman şərhiniz harada idi?!  Ay yoldaş Klaar?!

    Yəni, Paşinyanın Azərbaycana münasibətdə “həftənin sonunda müharibə haqqında” ifadəsi normaldır, lakin Azərbaycan mediası (!!!) eyni nitqlə Paşinyanın təxribatçı olduğunu nümayiş etdirəndə, bu, qəbuledilməzdir?!

    Yoldaş Klaar, əgər siz o vaxt susurdunuzsa, indi də susun!!!