XƏBƏRLƏR / Mədəniyyət

Yusif Eyvazov Prezident və birinci xanıma təşəkkür edib

O, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru təyin edilib

Yusif Eyvazov Prezident və birinci xanıma təşəkkür edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ölkəmizdə mədəniyyətin inkişafına daim böyük diqqətlə yanaşırlar.

    Bu barədə Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yeni təyin olunmuş rəhbəri Yusif Eyvazov özünün "Instagram" səhifəsində yazıb.

    "Əziz dostlar, bir çoxunuzun bildiyi kimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına rəhbərlik etmək mənə həvalə olunub. Bu cür yüksək etimada görə böyük minnətdarlığımı bildirirəm. Qəti şəkildə inanıram ki, biz hamımız birlikdə ölkəmizdə opera və balet sahəsini inkişaf etdirəcəyik və bunun üçün bütün səylərimizi göstərəcəyik. Məni dəstəkləyən və mənə inanan hər kəsə təşəkkür edirəm. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyət xadimlərini və istər ölkədə, istərsə də xaricdə həyata keçirilən çox mühüm layihələri dəstəkləməklə ölkəmizdə mədəniyyətin inkişafına daim böyük diqqətlə yanaşırlar. Əminəm ki, biz hamımız birlikdə teatrımızı tamamilə yeni beynəlxalq səviyyəyə çıxaracağıq", - deyə o yazıb.