Ermənistan Silahlı Qüvvələrinin zabiti Karen Karapetyanı qətlə yetirməkdə şübhəli bilinən çağırışçı əsgər həbs edilib.
"Sputnik Armenia" xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
İstintaq müəyyən edib ki, Karapetyanla əsgər arasında mübahisə döyüş növbətçiliyi qaydalarının pozulması səbəbindən baş verib. Sonuncu postunu təslim edərək Karapetyana avtomatdan atəş açıb.