ZƏFƏR SAATI — YADDAŞIN NİDASI

…Bir qəhrəmanlıq hekayəsi…

  • Oxuma müddəti:

    3 dəqiqə

  • Simvolik bədii novella

    2019-cu ilin oktyabrında Rusiyada keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunda bir cümlənin sonundakı nöqtənin yerini nida işarəsi aldı. Prezident İlham Əliyev dedi: “Qarabağ Azərbaycandır və nida işarəsi!”

    Bundan sonra Azərbaycanda ilk dəqiq mexanizmlər istehsal edən VMF Saat Fabrikinin ustaları dərhal qəribə bir işə girişdilər: xalqın tükənməkdə olan səbrini dəqiq mexanizmlə ölçmək istədilər. Beləcə, “Qarabağ Azərbaycandır” saatları yarandı. Saatlar zamanı göstərirdi, əqrəbləri isə nida kimi sancılırdı. Qələbənin nə vaxt gələcəyini isə hələ heç kəs bilmirdi.

    2020-ci il iyunun 15-də, Milli Qəhrəman Çingiz Mustafayevin şəhadətinin ildönümündə həmin saatlardan biri cəbhə xəttində yerləşən “N” saylı hərbi hissədə sıravi Məhəmməd Əliyevin biləyinə taxıldı.

    Bir ay sonra növbəti qarovul xidmətini çəkən Məhəmməd mühasirədə qalan iki qardaş — Nərimanla Əbülfəz barədə rasiya vasitəsilə eşitdi. Tamamilə ayrı-ayrı istiqamətlərdən gəlmələrinə baxmayaraq, tale bu qardaşları eyni qayanın arxasında birləşdirmişdi. Mübariz İbrahimovun aşiqi Məhəmməd əmr gözləmədi. Həmin azğın və şiddətli döyüşə atıldı. Qayanın arxasından elə atəş açılırdı ki, düşmən orada bütöv bir rotanın döyüşdüyünü sanırdı. Nəfəs güllələrlə dolu idi. Məhəmməd bronejiletin üzərindən iki güllə zərbəsi alandan sonra ilk ağır yarasını sol əlindən aldı. Üç daraq güllə boşaltdı. Sonuncunu avtomata salıb çaxmağı şaqqıldadaraq gülləni lüləyə sürəndə snayper gülləsi Məhəmmədin başındakı kaskanı deşərək onu yerə atdı.

    Böyük qardaş, 23 yaşlı Nəriman onun avtomatını götürdü. Əbülfəz yaralı əsgəri təhlükəsiz yerə sürüdü. Kömək yetişdi. O gün üçü də sağ qaldı. Məhəmmədi isə bir ay ərzində yerli həkimlərlə birlikdə dəvət olunmuş Türkiyə və İsrail uzmanları ölümün əlindən geri aldılar.

    2024-cü ildə, bu dəfə Milli Qəhrəman Çingiz Mustafayevin ad günündə — 29 avqustda — VMF Saat Fabrikinin ustaları döyüş zamanı itirilmiş saatın eynisini onun üçün yenidən hazırladılar və sovqat etdilər. Artıq iki oğul atası olan Məhəmməd Əliyev saatı əlinə alıb dedi:

    — Artıq o torpaqlar azaddır və bir gün o birini də tapacağam. Onda hər oğluma bir saat verəcəyəm.

    Ustalar susdular. Çünki VMF-çilər əmin idilər: hər iki saat eyni zamanı göstərəcək — yaddaşımızın vaxtını!