Zelenski Putinlə danışıqlara hazır olduğunu açıqlayıb
Bunu Ukrayna Prezidenti britaniyalı jurnalist Pirs Morqana müsahibəsində deyib

“Əgər bu, Ukrayna vətəndaşlarına sülh gətirə biləcəyimiz və insanları itirmədiyimiz yeganə ssenaridirsə, şübhəsiz ki, bu ssenariyə gedəcəyik. Mənim ona qarşı hisslərimin nə fərqi var? Mən ona qarşı mehriban olmayacağam, onu düşmən hesab edirəm və açığı, inanıram ki, o da məni düşmən hesab edir”, – Ukrayna prezidenti Volodimir Zelenski britaniyalı jurnalist Pirs Morqana müsahibəsində deyib.
O, həmçinin bildirib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri 45,100 Ukrayna əsgəri həlak olub, təqribən. 390 min yaralı var.
Xatırladaq ki, 2022-ci il oktyabrın əvvəlində Ukrayna prezidenti Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTŞ) Putinlə danışıqların mümkünsüzlüyü barədə qərarını təsdiq edən fərman imzalayıb.
“Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib”.
“Unian“xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniyadan olan jurnalist Pirs Morqanın “YouTube” kanalına verdiyi müsahibəsində bildirib.
O deyib ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən ABŞ-dəki silah istehsalı şirkətləri son 50 ilin ən bahalı alqı-satqı müqavilələrini imzalamağa nail olublar: “Müharibə səbəbindən bütün Avropa ölkələrində silah alınmasına maraq var. Bu isə böyük məbləğdə pullar deməkdir. ABŞ-dəki istehsalçılar Avropada da ofislərə malik olduğundan hətta lisenziyalardan milyonlarla dollar qazana bilir. Biz özümüz Rusiyanın hərbi texnikasını, bu ölkənin ərazisindəki energetika obyektlərini və hərbi hədəfləri vurmaq üçün pilotsuz uçuş aparatları istehsal etmişik”.
V. Zelenski əlavə edib ki, ölkəsində hazırlanan texnologiyalardan Qərb dövlətləri də istifadə edir: “ABŞ isə bütün bunlarla yanaşı quru qoşunları ilə müharibə aparmaqda böyük təcrübə qazandı”.