XƏBƏRLƏR / Münaqişə

Zelenskinin təyyarəsinə dron hücumu olub

Bu barədə Norveçin Baş naziri Yonas Qar Störe bildirib

Zelenskinin təyyarəsinə dron hücumu olub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Norveçin Baş naziri Yonas Qar Störe bildirib ki, Ukrayna Prezidenti Zelenskinin təyyarəsi Moldovadan Osloya uçarkən az qala dron tərəfindən vurulacaqdı.

    Onun sözlərinə görə, dron Ukrayna Prezidentini Osloya aparan təyyarəni az qala vuracaqmış.

    Bu barədə məlumatı "RBK-Ukraina" agentliyi yayıb.

    Norveçin Baş Nazirinin Ofisi çərşənbə axşamı günü Moldova hava məkanında dron təhlükəsi olduğunu və bunun Zelenskinin Osloya uçuşunun təxirə salınmasına səbəb olduğunu izah edib.

    "Dronların onun təyyarəsinə nə qədər yaxın olduğu məlum deyil", - Baş Nazirin Ofisinin Dövlət Katibi bildirib.

    Təyyarə saat 17:30-da yola düşməli idi, lakin dronun Moldova ərazisində qəzaya uğradığı bildirildikdən sonra təxminən 20 dəqiqə gecikərək havaya qalxıb.

    Reuters-in məlumatına görə, həmin vaxt iki Rusiya pilotsuz uçuş aparatı Moldova hava məkanına daxil olub. Biri Moldovanın şimalındakı bir tarlada qəzaya uğrayıb, digəri isə Rumıniyaya doğru hərəkət etməyə davam edib.