BLOQ

Zəngəzur dəhlizi Ermənistanın İranla əlaqəsini kəsə bilərmi?

Ermənistan və İran mediasının narahatlığına əsas varmı?

Zəngəzur dəhlizi Ermənistanın İranla əlaqəsini kəsə bilərmi?
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan mediasında Zəngəzurdan Araz boyu keçəcək yolun guya onların İranla əlaqəsinin kəsilməsinə gətirəcəyini deyirlər.

    Bunlar, deyəsən, müxtəlif səviyyəli yolötürücülərdən xəbərsizdir, ya da özünü bilməməzliyə vurublar.

    Şimal-Cənub yolunun 32 kilometrlik Kacaran-Agərək hissəsində tikinti işləri aparılır. Yol Departamentinin mətbuat xidmətindən verilən məlumata görə, podratçı İranın Abad Rahan Pars International Group Tunnel Sadd Ariana şirkəti partlayış və qazıntı işləri aparır.

    Altı sahədə tikinti işləri aparılır. Təxminən bir aydan sonra tunelin qazılmasına başlanılması planlaşdırılır.

    İndi partlayışların köməyi ilə tunelə girişlər açılır.