XƏBƏRLƏR / İdman

Zinəddin Zidan Fransa millisinin baş məşqçisi təyin olunub

Zidanla müqavilə 2030-cu ilin iyun ayına kimi imzalanıb

Zinəddin Zidan Fransa millisinin baş məşqçisi təyin olunub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Futbol üzrə Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib.

    Bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

    Onun sözlərinə görə, bu postda Didye Deşamı əvəzləyəcək mütəxəssislə 2030-cu ilin iyun ayına kimi müqavilə imzalanıb.

    Qeyd edək ki, Fransa yığması dünya çempionatını dördüncü pillədə başa vurub. Komanda UEFA Millətlər Liqasındakı növbəti oyununu sentyabrın 25-də səfərdə Türkiyəyə qarşı keçirəcək.