XƏBƏRLƏR / Fəlakət

Zəlzələnin Suriyaya vurduğu ziyan məlum oldu

Bu barədə Dünya Bankının hesabatında bildirilir

Zəlzələnin Suriyaya vurduğu ziyan məlum oldu
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Fevralda baş verən zəlzələlər Suriyaya təxminən 5,1 milyard dollar ziyan vurub. Bu barədə Dünya Bankının hesabatında bildirilib.  Hesabatda dəymiş ziyanın real miqyasını müəyyənləşdirməyin hələ də çətin olduğu qeyd edilib. Dünya Bankının məlumatına görə, dağıntıların 45 faizini (2,3 milyard dollar) təşkil edən Hələb əyaləti, həmçinin İdlib (37 faiz - 1,9 milyard dollar) və Latakiya (11 faiz - 549 milyon dollar) daha çox zərər çəkib.

    Yaşayış binalarına dəyən birbaşa ziyan ümumi zərərin təxminən yarısını (orta dəyərin 48,5%-i və ya 2,5 milyard ABŞ dolları), qeyri-yaşayış binalarında (məsələn, səhiyyə müəssisələri, məktəblər, hökumət binaları və özəl sektor binaları) əhatə edir. 

    Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ baş verib. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntıya və on minlərlə insan itkisinə səbəb olub.