XƏBƏRLƏR / Kriminal

Aaxtarışda olan 24 cinayətkar Türkiyəyə gətirilib

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb

Aaxtarışda olan 24 cinayətkar Türkiyəyə gətirilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Beynəlxalq səviyyədə qırmızı bülletenlə axtarılan 24 nəfərin saxlanılaraq Türkiyəyə gətirildiyini açıqlanıb.

    Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

    Nazir Yerlikaya sosial şəbəkə hesabında paylaşdığı məlumatda bildirib ki, beynəlxalq səviyyədə qırmızı bülletenlə axtardığımız 24 nəfər saxlanılıb. Onların Gürcüstandan (19 nəfər), Almaniyadan, Avstriyadan, Monteneqrodan, Serbiyadan və Yunanıstandan ölkəyə gətirildiyi qeyd edilib.

    Axtarışda olanlar qəsdən adam öldürmə və dələduzluq cinayətlərində ittiham edilir.