XƏBƏRLƏR / Münaqişə

Abbas Araqçi Sergey Lavrova zəng edib

İranın XİN rəhbəri rusiyalı həmkarı ilə Suriyada pisləşən vəziyyəti müzakirə edib

Abbas Araqçi Sergey Lavrova zəng edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Abbas Araqçi ilə Suriyada vəziyyətin pisləşməsi ilə bağlı telefon danışığı aparıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Telegram kanalında məlumat verilib.

    Söhbət İran tərəfinin təşəbbüsü ilə baş tutub.

    Söhbət zamanı nazirlər “silahlı qrupların Hələb və İdlib əyalətlərində törətdiyi terror aktı ilə əlaqədar Suriyada vəziyyətin təhlükəli gərginləşməsindən hədsiz narahat olduqlarını bildiriblər”.

    Xarici işlər nazirliklərinin rəhbərləri Suriya Ərəb Respublikasının suverenliyi və ərazi bütövlüyünü güclü dəstəklədiklərini təsdiqləyiblər.

    Nazirlər ölkədə vəziyyətin sabitləşdirilməsi üçün birgə səylərin gücləndirilməsinin zəruriliyi barədə razılığa gəliblər.