Abdullah Öcalandan PKK-ya çağırış: “Silahı yerə qoyun!”
Müraciəti Türkiyə parlamentində təmsil olunan DEM Partiyasının nümayəndələri oxuyub

Türkiyənin İmralı adasında həbsdə olan PKK terror təşkilatının liderinin müraciəti yayımlanıb.
Müraciəti Türkiyə parlamentində təmsil olunan DEM Partiyasının nümayəndələri oxuyub. Onlar bu gün Abdullah Öcalanla görüşüblər.
Öcalan PKK terrorçularını silahları dərhal yerə qoymağa çağırıb.
"Silahları dərhal yerə qoyun. Bu tarixi məsuliyyəti öz üzərimə götürürəm. Sülh cəmiyyənin inkişaf etməsi lazımdır", - müraciətdə deyilir.