ABŞ Bakı və İrəvan hidroloqlarlarını bir araya gətirib
Bu haqda ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi məlumat verib
ABŞ-ın Azərbaycandakı səfiri bildirib ki, Azərbaycan və Ermənistandan olan bir qrup hidroloq və mühəndis ABŞ-ın dəstəyi ilə regionun sərhədyanı çaylarının su ehtiyatlarının kompleks idarə olunması sxeminin yaradılması üzərində işləyir.
Bunu Mark Libbi COP29-da təmsil etdiyi ölkəyə məxsus pavilyonun açılış mərasimində deyib.