ABŞ-ın vitse-prezidenti qondarma "soyqırım" abidəsinə getdi
Vens X sosial media saytında "erməni soyqırımı" ifadəsindən istifadə etdiyinə görə paylaşımı pozub FOTO
17:56
ABŞ-ın vitse-prezidenti Vens erməni jurnalistlərinə bildirib ki, abidənin ziyarəti Ermənistan tərəfinin təşəbbüsü olub: “Ermənistan tərəfi bizə dedi ki, bu yeri (Tsitsernakaberd Memorialını - ANSPress) ziyarət etmək çox vacibdir və bizdən ora baş çəkməyimizi xahiş edənlər də onlardır!”
***
16:45
ABŞ-ın vitse-prezidenti Ceyms Vens X sosial media saytında Osmanlı İmperiyasında 1915-ci il hadisələri qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etməsi ilə bağlı paylaşımını silib. Paylaşımda o, iki dəfə "erməni soyqırımı" ifadəsindən istifadə etmişdir.

Post silinməzdən əvvəl bir neçə saat internetdə qalıb. Vensin mətbuat katibi Teylor Van Kirk daha sonra abidə kompleksinə səfərlə bağlı daha neytral bir açıqlama verib və "soyqırım" ifadəsini çıxarıb.
***
16:19
ABŞ-ın vitse-prezidenti C.D. Vance və həyat yoldaşı qondarma Erməni Soyqırımı qurbanlarının xatirəsinə İrəvanda ucaldılmış Tsitsernakaberd abidəsini ziyarət ediblər.

Vens Muzeyin Fəxri qonaqlar kitabına imza atdı.

1 dəqiqə