ABŞ səfirliyi Zəfər paradında iştirak edib?
ABŞ-ın Azərbaycandakı səfirliyi sorğumuza cavab verir
ABŞ səfirliiyinin müdafə attaşesi ofisinin nümayəndəsi 2025-ci il 8 noyabr tarixində keçirilən Zəfər günü paradında iştirak edib.
Bunu ABŞ-ın Azərbaycandakı səfirliyi "ANS Press"in sorğusuna cavab olaraq bildirib.
Qeyd edək ki, "üzrlü səbəblərə görə" Almaniya, Latviya və İsveçrənin Azərbaycandan kənarda olan səfirləri paradda iştirak edə bilməyiblər.
Fransa səfiri, AB nümayəndəsi, Belçika, Litva, Avstriya, Hollandiya diplomatları, habelə BMT və ÜST (Ümümdünya Səhiyyə Təşkilatı) nümayəndələri dəvətnaməyə etinadsız yanaşmışdılar.
İspaniya və Estoniyanın səfirləri yalnız axşam saatlarında parad ərəfəsində cavab vermiş, lakin çox gec idi, yer qalmamışdı.
Eyni zamanda, paradın tribunasında 75 ölkədən nümayəndə heyəti olub ki, onlardan 37-si - Rusiya, Ukrayna, Çexiya, Macarıstan, Moldova, Çin, İsrail və İran da daxil olmaqla - səfir səviyyəsində təmsil olunublar.
1 dəqiqə