XƏBƏRLƏR / Münaqişə

ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başlayıb

CNN xəbər verir

ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başlayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ ordusu Suriyada İŞİD terror qruplaşmasının mövqelərinə qarşı hava zərbələri endirməyə başlayıb.

    Bu barədə CNN məlumat yayıb.

    Məlumata görə, əməliyyata ABŞ-ın qırıcı təyyarələri və hərbi helikopterləri cəlb olunub. Silah anbarları da daxil olmaqla, onlarla İŞİD hədəfinə zərbələr endirilib.

    ABŞ Prezidenti Donald Tramp Suriyada Amerika patruluna hücum edənlərdən qisas alınacağını bəyan edib.