XƏBƏRLƏR / Kriminal

Abxaziya “parlament”ində atışma: 1 ölü, 1 yaralı

Separatçı qurum 3 aydır dərin böhran yaşayır

Abxaziya “parlament”ində atışma: 1 ölü, 1 yaralı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Gürcüstanın separatçıların nəzarətindəki Abxaziya regionunun “parlament” binasında atışma olub.

    Yerli KİV xəbər verir ki, insident nəticəsində qondarma qurumun deputatı Vaxtanq Qolandzianın həlak olduğu, Kan Kvarçiyanın yaralandığı bildirilib.

    "Exo Kavkaza" xəbər verir ki, “Görüş zamanı Adqur Xarazia və Kan Kvarçia mübahisə edib, nəticədə Adqur silahı çıxararaq Kana atəş açmağa başlayıb. Ölən Vaxtanq Qolandzia onları ayırmağa çalışıb”.

    Qondarma "Daxili İşlər Nazirliyinin rəhbəri" Robert Kiut, şübhəli Adqur Xaraziya hadisə yerindən qaçdığını bildirib.

    “Exo Abxaziya” teleqram kanalı xəbər verir ki, Kan Kvarçia qolundan yaralanıb.

    ARAYIŞ: Abxaziya (Sovet dövründə Gürcüstanın tərkibində olan muxtar respublika) 1993-cü ildə Gürcüstanla müharibədən sonra öz müstəqilliyini elan edib. O zaman nə Gürcüstan, nə də dünyanın digər dövlətləri Abxaziyanın müstəqilliyini tanıyırdı.

    2008-ci ildə beş günlük Rusiya-Gürcüstan müharibəsindən sonra Abxaziyanın müstəqilliyi Rusiya və daha dörd dövlət: Venesuela, Nauru, Nikaraqua və Suriya tərəfindən tanınıb.

    Gürcüstan separatçı Abxaziya və Cənubi Osetiya ərazilərini Rusiya tərəfindən işğal olunmuş hesab edir və Rusiyanı ölkənin ərazi bütövlüyünü pozmaqda günahlandırır. BMT Abxaziyanı Gürcüstanın bir hissəsi kimi tanıyır.