XƏBƏRLƏR / Hadisə

ADY relsdən çıxan qatarla bağlı məlumat yaydı

Dünən Rusiya özəl şirkətlərinə məxsus üç vaqon Siyəzəndə hərəkətdə olarkən relsdən çıxıb

ADY relsdən çıxan qatarla bağlı məlumat yaydı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • “Azərbaycan Dəmir Yolları” QSC Rusiyadan Azərbaycana inşaat materialları daşıyan yük qatarı relsdən çıxması ilə bağlı rəsmi məlumat yayıb: “16 iyul tarixində səhər saatlarında Siyəzən rayonunun Zarat stansiyasında hərəkətdə olarkən relsdən çıxmış Rusiya özəl şirkətlərinə məxsus 3 vaqon dünən saat 22.00 radələrində rels üzərinə qaldırılıb və həmin istiqamətdə qatarların hərəkəti normal qrafik üzrə tam təmin olunub.

    “Azərbaycan Dəmir Yolları” QSC-nin infrastruktur və hərəkətin təhlükəsizliyi departamentlərinin birgə operativ fəaliyyəti nəticəsində sözügedən sahədə yol təsərrüfatında müvafiq tənzimləmə işləri görülüb, yük vaqonlarının təyinatı üzrə yola salınması üçün hazırlıq işləri tamamlanıb”.

    Xatırladaq ki, iyulun 16-da saat 11.00 radələrində Rusiya özəl şirkətlərinə məxsus üç vaqon Zarat stansiyasında hərəkətdə olarkən relsdən çıxıb. Vaqonların yükü taxta materiallarından ibarət olub.