A.Əraqçi: İran Türkiyəyə minnətdardır
Bu barədə İranın xarici işlər naziri "X" sosial şəbəkəsində yazb
İran bölgədə sülh və sabitliyin bərqərar olması istiqamətində göstərdiyi səylərə görə Türkiyəyə təşəkkür edib.
Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünə dair "X" sosial şəbəkəsində etdiyi paylaşımda bildirib.
O qeyd edib ki, Ərdoğanla iki ölkəni də maraqlandıran regional məsələlər barədə müzakirələr aparmaqdan hər zaman məmnunluq duyur:
"Söhbətimiz zamanı bir daha vurğuladım ki, İran heç vaxt nüvə silahı əldə etməyə çalışmayıb və xalqımızın qanuni mənafelərinə cavab verən ədalətli və bərabərhüquqlu nüvə sazişini qəbul etməyə hazırdır; bura "Nüvə Silahına Yox" prinsipinin təmin edilməsi və sanksiyaların ləğvinə zəmanət verilməsi daxildir".
"Digər qardaş qonşularla yanaşı, Türkiyə də bölgədə sülh və sabitliyin bərqərar olması istiqamətində öz xoşməramlı səylərini göstərib. İran İslam Respublikası bu cür səylərə görə minnətdardır və onları alqışlayır", - deyə vurğulayan Əraqçi bildirib ki, İran regionda sülh və sabitliyi qorumaq, həmçinin onu
1 dəqiqə