Ağdamda kütləvi məzarlıq aşkarlandı
Skeletlərin aşkarlandığı əraziyə baxış zamanı yaxınlıqda hərbi yük avtomobilinin qalıqları da müəyyən edilib
Ağdamda kütləvi məzarlıq aşkarlanıb.
Məzarlıq Ağdamın işğaldan azad olunan Sarıcalı kəndi ərazisində, Ağdam-Hindarx yolunun kənarında tapılıb.
Skeletlərin aşkarlandığı əraziyə baxış zamanı yaxınlıqda hərbi yük avtomobilinin qalıqları da müəyyən edilib.
Ehtimala görə, Birinci Qarabağ müharibəsi zamanı ermənilər 4 nəfəri həmin avtomobildə qətlə yetirib. Meyitləri isə quyuya ataraq basdırıblar.
Antropoloqlara görə, 50 kvadratmetr ərazidə dərinləşdirmə işləri aparılıb, təxminən 40-50 santımetr dərinlikdə 3 fərqli nöqtədə insan qalıqları aşkar olunub: “Bir nöqtədə ən azı 2, digər nöqtələrdə isə hər birində 1 nəfər olmaqla, azı 4 insan qalığı aşkara çıxarıldı. Dəfn əlamətləri yoxdur. İnsanlar öldürüldükdən sonra yol kənarındakı çökək əraziyə atılıb. Zamanla sümüklərdə dəyişikliklər baş verib. Ola bilər ki, antropogen təsirdən, ya da heyvanlar tərəfindən anatomik ardıcıllıq pozulub. Sümüklər natamamdır, bəzi hissələri aşkar olunmayıb".