İranda həbs edilən Naxçıvan sakinləri sərbəst buraxıldı
Mart ayının 21-də bu ölkəyə Türkiyənin Doğu Bəyazid ərazisindən keçən vətəndaşlarımız elə həmin gün orada həbs olunmuşdular
Bu ilin mart ayında İranda saxlanılan Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakinləri Vüsal Quliyev və Rövşən Seyidov sərbəst buraxılıblar.
Həmyerlilərimiz ötən gün 5 ay saxlanıldıqları həbsxanadan buraxılıb və onlar Vətənə qayıdıblar.
Qeyd edək ki, mart ayının 21-də bu ölkəyə Türkiyənin Doğu Bəyazid ərazisindən keçən vətəndaşlarımız elə həmin gün orada həbs olunmuşdular. Əvvəlcə Poldaş şəhərində həbs olunan Vüsal və Rövşən daha sonra Maku şəhərinə aparılaraq orda İran təhlükəsizlik orqanlarının zindanında saxlanılıblar. İyul ayında isə onlar məhkəmə üçün Xok şəhərinə gətiriliblər. Məhkəmənin qərarı ilə Vüsala 4 ay, Rövşənə isə 6 ay həbs verilib. 4 aylıq həbs müddəti bitdiyinə görə sərbəst buraxılmalı olan Vüsal Quliyev və Rövşən Seyidov məhkəmədən sonra İran təhlükəsizlik orqanları tərəfindən yenidən həbs olunmuşdular.