XƏBƏRLƏR / Təbiət

Ağdərədə yanğınların söndürülməsinə 2 helikopter cəlb olunub

Xeyli ərazidə alovun qarşısı alınıb

Ağdərədə yanğınların söndürülməsinə 2 helikopter cəlb olunub
Arxiv
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ağdərə rayonunun Suqovuşan qəsəbəsi ərazisində başlayan yanğın davam edir.

    Dağ massivindəki yanğınla mübarizəyə FHN aviasiya dəstəsinin iki helikopteri cəlb olunub.

    Hazırda helikopterlər yanğının qarşısının alınması istiqamətində əməliyyat tədbirlərini davam etdirir.

    Onu da qeyd edək ki, xeyli ərazidə alovun qarşısı alınıb.