XƏBƏRLƏR / Siyasət

Aİ-nin xüsusi nümayəndəsi Maqdalena Qrono Ermənistandadır

Bu barədə erməni mətbuatı yazır FOTO

Aİ-nin xüsusi nümayəndəsi Maqdalena Qrono Ermənistandadır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Ermənistanda səfərdədir və burada ölkə rəsmiləri ilə görüşlər keçirir.

    Milli Assambleyanın mətbuat xidmətinin məlumatına görə, iyulun 6-da Avropa Birliyinin xüsusi nümayəndəsi Ermənistan Respublikası Milli Assambleyasının vitse-spikeri Ruben Rubinyan tərəfindən qəbul edilib.

    Onlar regional təhlükəsizlik və sabitliyin təmin edilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

    Tərəflər regional təhlükəsizlik və sabitlik, xüsusən də Bakı ilə İrəvan arasında sülh prosesinin irəliləyişi ilə bağlı fikir mübadiləsi aparıblar. Nəqliyyat və logistika imkanları da müzakirə olunub.

    Daha əvvəl Maqdalena Qrono Azərbaycana səfər edib və iyunun 25-26-da burada ölkə rəsmiləri ilə görüşlər keçirib.