XƏBƏRLƏR / Din

Alban-Udin icmasının nümayəndələri Xudavəng monastırında

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib

Alban-Udin icmasının nümayəndələri Xudavəng monastırında
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Alban-Udin icmasının nümayəndələri Xudavəng monastırında olublar.

    Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycanın alban-udi xristian dini icmasının nümayəndələri Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksində olublar.

    Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

    Bildirilib ki, məbəd kompleksinə məxsus kilsədə dini icma nümayəndələri dini ayinlər yerinə yetirib, şamlar yandırıblar.