XƏBƏRLƏR

Prokurorluq Şuşadakı partlayışla bağlı məlumat yaydı

Xəsarət alan əməkdaşa “Sağ ayağın amputasiyası” diaqnozu qoyulub

Prokurorluq Şuşadakı partlayışla bağlı məlumat yaydı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Şuşa rayonunun Qaybalı kəndi ərazisində mina hadisəsi baş verib

    Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verir ki, 2024-cü il 27 aprel tarixində işğaldan azad edilmiş Şuşa rayonunun Qaybalı kəndi ərazisində mina hadisəsi baş verib.  

    Agentliyin əməkdaşı 1981-ci il təvəllüdlü Quliyev Elçin Aydın oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarətlər alıb.

    Bu barədə Baş Prokurorluqdan bildirilib.

    Xəsarət alan əməkdaşa “Sağ ayağın amputasiyası” diaqnozu qoyularaq, Agentliyin paramediki tərəfindən yerində ilkin tibbi yardım göstərilib və rayon xəstəxanasına təxliyyə olunub. Hal-hazırda vəziyyəti stabildir.

    Faktla bağlı Şuşa rayon prokurorluğunda araşdırma aparılır.

    ***

    13:13

    ANAMA-nın əməkdaşı, 1981-ci il təvəllüdlü Elçin Aydın oğlu Quliyev aprelin 27-də azad edilmiş Şuşa rayonunun Qaybalı kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.

    Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb.

    Bildirilib ki, xəsarət alan əməkdaşa “Sağ ayağın amputasiyası” diaqnozu qoyularaq, Agentliyin paramediki tərəfindən yerində ilkin tibbi yardım göstərilib və rayon xəstəxanasına təxliyə olunub, hazırda vəziyyəti stabildir.

    Faktla bağlı Şuşa Rayon Prokurorluğunda araşdırma aparılır.