XƏBƏRLƏR / Qonşular

Ararat (Ağrı) dağı Ermənistanın gerbində qala da bilər

Bunu keçirdiyi brifinqdə Ermənistanın Baş naziri Nikol Paşinyan ehtimal edib

Ararat (Ağrı) dağı Ermənistanın gerbində qala da bilər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Paşinyan Ararat dağının Konstitusiyadan çıxarılmasından sonra Ermənistanın gerbində dəyişiklikləri mükün hesab edib.

    Baş nazir Nikol Paşinyan brifinqdə "Ararat" (Ağrı) dağının milli gerbdən çıxarılması ilə bağlı suala cavab verərkən bildirib ki, Ermənistan hakimiyyəti hələlik ölkənin dövlət rəmzlərinin dəyişdirilməsi ilə bağlı konkret təkliflərə malik deyil.

    Onun sözlərinə görə, yeni Konstitusiya layihəsində referendum yolu ilə qəbul edilmiş qanunla dövlət rəmzlərinin tərifi nəzərdə tutulur.

    "Vətəndaşlar hansı bayrağı, hansı gerbi və hansı himni özlərinə aid hesab etdiklərinə qərar verməlidirlər", - deyə Baş nazir bildirib.

    O əlavə edib ki, əgər vətəndaşlar mövcud dövlət rəmzlərini dəstəkləsələr, onlar dəyişdirilməyəcək.