BLOQ

Arzumanyanın həbsi mövzusunun ardınca...

Arayikin “baş müşaviri” Şuşaya görə həbs olunub

Arzumanyanın həbsi mövzusunun ardınca...
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistan bu addımı ilə “DQ Müdafiə Ordusu”nun olmadığını etiraf etdi. Əgər “DQR”in "keçmiş müdafiə naziri" Ermənistan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq həbs edilirsə, bu o deməkdir ki, o və Qarabağdakı bütün indiki hərbçilər erməni hərbçiləridir və noyabrın 10-da verilən bəyanata görə, orda olmamalıdırlar!

    Paşinyan və onun şəriki Argişti Kyaramyan belə yaxşı pass (ötürmə-red) verdilər.

    Xatırladaq ki, Qarabağdakı separatçı qüvvələrin rəhbərinin “baş müşaviri”, keçmiş “müdafiə naziri” Mikayel Arzumanyanın həbsinin detalları məlum olub. Ermənistan İstintaq Komitəsinin yaydığı məlumata görə, Arzumanyan hərbi xidmətdə yol verdiyi səhlənkarlığa görə saxlanılıb. Onun haqqında həbs qətimkan tədbiri seçilib.

    Komitə bildirir ki, Arzumanyan hərbi vəziyyət dövründə Şuşa şəhərinin və ətraf rayonların "müdafiəsinin" təşkili zamanı öz xidməti "vəzifəsinə" səhlənkar yanaşıb və "vəzifələrini" lazımınca yerinə yetirməyib.

    Qeyd edək ki, Şuşa şəhəri 2020-ci ilin 8 noyabr tarixində Azərbaycan Ordusu tərəfindən erməni işğalından azad edilib.