XƏBƏRLƏR / Seçki

Avropa Ermənistana sürətli reaksiya qrupu göndərəcək

Bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas bildirib

Avropa Ermənistana sürətli reaksiya qrupu göndərəcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Avropa İttifaqı qarşıdan gələn parlament seçkilərindən əvvəl gözlənilən hibrid təhdidlərin qarşısını almaq üçün Ermənistana  sürətli reaksiya qrupu göndərəcək.

    “Armenpress”in məlumatına görə, bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas mətbuat konfransında bildirib.

    “Ermənistanın xahişi üzrə Avropa İttifaqı qarşıdan gələn parlament seçkilərindən əvvəl gözlənilən təhdidlərin qarşısını almaq üçün Ermənistana hibrid sürətli reaksiya qrupu göndərəcək. Qonşuluğumuzda demokratik dayanıqlığın dəstəklənməsi ən vacib məsələ olaraq qalır. Biz Ermənistanı xarici müdaxilə qarşısında tək qoymayacağıq. Təzyiq altında olan demokratiyalar Avropaya güvənə bilərlər", - Kallas vurğulayıb.

    Qeyd edək ki, bir müddət əvvəl Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos Avropa İttifaqının seçkilərdən əvvəl gözlənilən hibrid təhdidlərə qarşı mübarizə aparmaq üçün Ermənistana 12 milyon avro ayırmağa hazır olduğunu açıqlayıb.

    Xatırladaq ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı il iyunun 7-də keçiriləcək.