Ramiz Mehdiyev və başqalarının həbsi daha 5 ay uzadılıb
Bu barədə Səbail Rayon Məhkəməsi qərar qəbul edib
Səbail Rayon Məhkəməsi Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahimin həbs müddətini uzadıb.
Bu gün keçirilən iclasda istintaq orqanının müvafiq təqdimatları nəzərdən keçirilib.

Məhkəmə müxalifət Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin həbs müddətini beş ay uzadıb.
Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin ev dustaqlığı da eyni müddətə uzadılıb.
Bundan əlavə, AMEA Katibliyinin keçmiş rəhbəri və Prezident Administrasiyasının keçmiş işçisi Eldar Əmirovun həbs müddəti beş ay uzadılıb.
1 dəqiqədən az