XƏBƏRLƏR / İdman

“Ayntraxt”ın Bakıda mətbuat konfransı və məşqi olmayacaq

Qurban Qurbanov isə 20 yanvar saat 13:30-da Tofiq Bəhramov adına stadionda jurnalistlərlə görüşəcək FOTO

“Ayntraxt”ın Bakıda mətbuat konfransı və məşqi olmayacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • UEFA Çempionlar Liqasının liqa mərhələsinin VII turunda “Qarabağ”la qarşılaşacaq “Ayntraxt”ın Bakıda mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqi olmayacaq.

    Bu barədə Ağdam klubunun mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Frankfurt təmsilçisinin mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqi Almaniyada təşkil olunacaq.

    "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun isə Çempionlar Liqasının 7-ci turunun Almaniyanın "Ayntraxt" komandası ilə Bakıda keçiriləcək oyunundan əvvəl mətbuat konfransının başlama vaxtı müəyyənləşib.

    "Qarabağ"ın məşqçisi 20 yanvar saat 13:30-da Tofiq Bəhramov adına stadionda jurnalistlərlə görüşəcək. Komandanın son məşqi saat 18:00-da "Azərsun Arena"da başlayacaq və ilk 15 dəqiqəsi media üçün açıq olacaq.

    Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Ayntraxt” matçı saat 21:45-də başlayacaq.