XƏBƏRLƏR / İdman

Ağır atletlərimiz İrəvandadır

Ermənistan tərəfi nümayəndə heyətimizin təhlükəsizliyinə tam zəmanət verib

Ağır atletlərimiz İrəvandadır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu gün səhər Azərbaycan nümayəndə heyəti Avropa çempionatında iştirak etmək üçün Tbilisiyə, ordan da İrəvana yollanıblar.

    Bu barədə ANSPress-ə nümayəndə heyətinə daxil olan Azərbaycan Ağır atletika Federasiyasının mətbuat katibi Kənan Məstəliyev məlumat verib.

    Nümayəndə heyətinə idmançılar İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq), Əli Şükürlü (102 kq) və Nazilə İsmayılovadan (49 kq) başqa məşqçı heyyəti, həkimlər də daxildir. Ermənistana yollanan milli komandamız cəmi 12 nəfərdən ibarətdir.

    İrəvanda baş tutan Avropa çempionatı 2024-cü ildə Parisdə keçiriləcək Olimpiadaya vəsiqə qazanmaq üçün lisenziya xalları qazanmaq baxımından son dərəcə vacibdir. Cəmi altı belə yarış var və onlardan ən azı birində iştirak etməmək olimpiya lisenziyası şansını azaldır.

    Məstəliyevin bildirdiyinə görə, Ermənistan tərəfi nümayəndə heyətimizin təhlükəsizliyinə tam zəmanət verib.

    Yarış bu idman-konsert kompleksində keçiriləcək