Azərbaycan Çinə toyuq əti ixrac edəcək
Məlumat Quşçuluq və Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından verilib

“Hazırda Azərbaycandan Çinə toyuq ətinin ixracı üçün sənədlərin hazırlanması istiqamətində iş aparılır”, - deyə Quşçuluq və Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli bildirib.