Rusiya Azərbaycandan meyvə-tərəvəz ixracına maneə törədir
Bunu Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev deyib

Bakı "Rosselxoznadzor"u meyvə-tərəvəz ixracını dayandırmağa çalışmaqda ittiham edir
"Rosselxoznadzor" süni şəkildə Azərbaycanın tərəvəz və meyvələrinin Rusiyaya tədarükünü məhdudlaşdırmaq üçün zəmin yaradır. Bunu Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev deyib.
Mayın sonundan etibarən Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ixrac məhsullarının keyfiyyəti ilə bağlı Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinə getdikcə daha çox iddialar irəli sürür. Quliyevin fikrincə, bu cür hərəkətlər ixracın tam ləngiməsinə səbəb ola bilər.