Azərbaycan İqtisadiyyatında Həyəcanverici Trendlər
Statistika Komitəsinin hesabatlarına sözardı
2026-cı ilin yanvar ayında Azərbaycanın neft və qaz ixracı 2025-ci ilin yanvar ayı ilə müqayisədə 825 milyon 222 min dollar və ya 29,5% azalaraq 1 miliard 967 milyon 456 min dollara düşüb.

Xam neft ixracı 664 milyon 953 min dollar və ya 35% azalaraq 1 milyard 238 milyon 82 min dollara, təbii qaz ixracı isə 182 milyon 576 min dollar və ya 21% azalaraq 687 milyon 506 min dollara düşüb.
2026-cı ilin yanvar ayında qeyri-neft ixracı 268 milyon 389 min dollar təşkil edib. Bu, əvvəlki ilin yanvar ayı ilə müqayisədə 22 milyon 613 min dollar və ya 9,3% çoxdur.

2026-cı ilin yanvar ayında Azərbaycanın ümumi ixracı 2 235 845 000 ABŞ dolları təşkil edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 802 609 000 ABŞ dolları və ya 26,4% azalma deməkdir.
2026-cı ilin yanvar ayında neft-qaz sektoru Azərbaycan ixracatının 88%-ni, qeyri-neft-qaz sektorunun payı isə 12%-ni təşkil edib. Cədvəllərdən də göründüyü kimi, qeyri-neft sektorunun Azərbaycan ixracatındakı payının artması qeyri-neft sektorunun inkişafı ilə deyil, neft-qaz ixracının azalması ilə bağlıdır.
1 dəqiqədən az