XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan neftinin bir cəlləyi 113 dollara satılır

"Azeri Light"ın əvvəlki qiyməti 110,89 ABŞ dolları təşkil edib

Azərbaycan neftinin bir cəlləyi 113 dollara satılır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti yenidən bahalaşıb.

    Azərbaycan neftinin bir barelə olan qiyməti 2,22 ABŞ dolları və ya 2% artaraq 113,11 ABŞ dolları olub.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 110,89 ABŞ dolları təşkil edib.

    Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.