XƏBƏRLƏR

Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib

Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Martın 18-i saat 22:20-dən martın 19-u saat 01:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod, Yuxarı Şorca və Qarakilsə rayonunun Bazarçay yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan yenidən fasilələrlə atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.