XƏBƏRLƏR / Nəqliyyat

Naxçıvan aviareysləri əlverişsiz havaya görə təxirə salınıb

Bu barədə Azərbaycan Hava Yolları (AZAL) şirkətindən xəbərdarlıq verilib

Naxçıvan aviareysləri əlverişsiz havaya görə təxirə salınıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Hava Yollarının (AZAL) 28 sentyabr 2026-cı il tarixinə planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.

    AZAL-dan verilən məlumata görə, hava şəraiti sabitləşdikdən sonra uçuşların icrasına davam ediləcək. Sərnişinlər mümkün dəyişikliklərlə bağlı operativ şəkildə məlumatlandırılacaqlar.

    Qeyd edək ki, Azərbaycanın milli aviadaşıyıcısı bütün qərarları sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edir və uçuşlar beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir.