Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi əlaqələri barədə
Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsində yazıb
Azərbaycan və Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrin davamlı inkişafını müzakirə ediblər.
Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsində yazıb.
“Biz Səudiyyə Ərəbistanının energetika nazirinin müavini Məcid bin Hindi Əl-Utaibi ilə ölkələrimiz arasında iqtisadi əlaqələrin davamlı inkişafını təmin edən təşəbbüsləri, investisiyaların stimullaşdırılmasını, bərpa olunan enerji və sənaye sahələrində birgə fəaliyyətin genişləndirilməsi imkanlarını müzakirə etdik”, deyə nəşrdə deyilir.