Azərbaycanda ehtiyac meyarı 270 manat oldu
Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilib.
Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında" qanunu imzalayıb.
Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.