"Azərbaycandan təbii qazın nəqlini artırmaq lazımdır"
Bunu Almaniyanın keçmiş kansleri Qerhard Şröder deyib
Azərbaycandan təbii qazın nəqlini artırmaq lazımdır
Bunu Almaniyanın keçmiş kansleri Qerhard Şröder deyib.
O həm də qeyd edib ki, Türkiyə Avropaya qaz nəqlində mühüm rol oynayır.
“2020-ci ildən etibarən təbii qazın Azərbaycan ərazisi ilə Avropaya nəqli istiqamətində xeyli iş görülüb. Ona görə də boru kəmərinin tələb olunan gücünün artırılması Türkiyənin enerji qovşağı kimi rolunu gücləndirmək üçün çox vacib olacaq”, - Şröder bildirib.
Qeyd edək ki, Qerhard Şröder Rusiya prezidenti Vladimir Putinin adamı sayılır. O uzun illər "Rosneft" şirkətinin direktorlar şurasının sədri vəzifəsini tutub və Rusiya qarşı Ukraynaya hücum etdiyinə görə sanksiyalar tətbiq olunandan sonra, bu vəzifədən istefa verməyə məcbur olub.